Polkovkinin oğlu polis orqanlarından çıxarıldı - SƏBƏB

Unikal.org-un əldə etdiyi məlumata görə Suraxanı Dövlət Yol Polisinin əməkdaşı Novruz Abdulla oğlu Qurbani xidmətdə verdiyi nöqsanlara görə Daxili İşlər orqanlarından xaric edilib.Onun işdən azad olunmasına səbəb vətəndaşın şikayəti əsasında aparılan yoxlamalar olub.
Suraxanı rayonu DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Sadıx Abbasov Novruz Qurbaninin işdən azad olunması faktını təsdiqləyib.