İlham Əliyev Təhsil Nazirliyi ilə bağlı sərəncam verdi

İlham Əliyev Təhsil Nazirliyi ilə bağlı sərəncam verdi Prezident İlham Əliyev Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında cəmi 756 şagird yerlik modul tipli 15 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 4 461 000 (dörd milyon dörd yüz altmış bir min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı

Təhsil müəssisələrinin adları Ayrılan vəsait

1 Tovuz rayonu Y.Alıyev adına Hacıhəsənli kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 425 000

2 Tovuz rayonu Z.Məmmədov adına Sarıtala kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 425 000

3 Tovuz rayonu Şamlıq kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 285 000

4 Tovuz rayonu Qayadibi kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 285 000

5 Tovuz rayonu Qoşa kənd 20 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 230 000

6 Tovuz rayonu Quşçu Qaralar kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 285 000

7 Ağstafa rayonu H.Aslanov qəsəbə 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 230 000

8 Şəmkir rayonu Talışkənd kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 425 000

9 Gədəbəy rayonu Dördlər kənd 40 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması 285 000

10 Gədəbəy rayonu Əyrivəng kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 285 000

11mGədəbəy rayonu Talakənd kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 262 000

12 Daşkəsən rayonu Almalı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 262 000

13 Daşkəsən rayonu Daşkəsən qəsəbəsi 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 262 000

14 Daşkəsən rayonu Gürbulaq kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması 285 000

15 Göygöl rayonu Əzgilli kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması 230 000

Cəmi 4 461 000
Geri qayıt