Daha bir rayonda "ASAN xidmət" tikilir (SƏRƏNCAM)

Daha bir rayonda "ASAN xidmət" tikilir (SƏRƏNCAM) Daha bir rayonda "ASAN xidmət" tikiləcək.

Bununla bağlı prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.

Dövlət başçısı Ağcabədi rayonunda "ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.52.4-cü yarımbəndində göstərilmiş məbləğin 5,0 milyon manatı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayırıb.
Geri qayıt