Ramil Usubov əmr verdi: polis 4 gün gücləndirilmiş rejimdə işləyəcək
Aprelin 11-də keçiriləcək Prezident seçkiləri ilə əlaqədar olaraq aprelin 10-dan 14-nə kimi daxili işlər orqanlarının bütün qurumlarının əməkdaşları gücləndirilmiş iş rejiminə keçəcək.Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
