Baharın gəlişinə 11 saat qaldı!

Baharın gəlişinə 11 saat qaldı! Yaz fəsli Azərbaycana bu gün, saat 20:15:30-da gələcək.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) açıqlama verilib. Akademiyanın digər məlumatına əsasən, 2018-ci ildə yay fəsli ölkəyə iyun ayının 21-i, saat 14:07:18-də daxil olacaq.

Gələn il Azərbaycana qış fəslinin gəlişi dekabrın 22-də, saat 02:22:42-yə təsadüf edəcək.
Geri qayıt