Sumqayıtda yeni təyinat: ananın işlədiyi müəssisəyə qızı rəhbərlik edəcək (FOTO)

Sumqayıtda yeni təyinat: ananın işlədiyi müəssisəyə qızı rəhbərlik edəcək (FOTO) Sumqayıtda Doğum evinə yeni baş həkim təyin edilib.

xalqxeber.az xeberle.com-a istinadən məlumatına görə, Binnətzadə Xədicə Razim qızı 2 nömrəli Doğum evinin baş həkimi təyin olunub. Yeni rəhbər artıq tibb müəssisəsinin kollektivinə təqdim olunub. O, kollektivə heç də yad adam deyil. Belə ki, X.Binnətzadə bu təyinata qədər həmin doğum evində mamalıq şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, yeni baş həkim sözügedən doğum evinin həkimi Emilya Hüseynovanın qızıdır.

Xatırladaq ki, 2 nömrəli Doğum evinin baş həkimi Arzu Məhərəmova fevral ayında tutduğu vəzifədən azad olunmuş və həmin vəzifəyə təyinat olmamışdı.
Geri qayıt