Novruz bayramında yeddi gün iş olmayacaq

Novruz bayramında yeddi gün iş olmayacaq Novruz bayramı ilə əlaqədar yeddi gün istirahət edəcəyik.

xalqxeber.az xəbər verir ki, 2018-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır.

Əmək Məcəlləsinə əsasən, 24 mart şənbə - yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 26 mart qeyri-iş günü olacaq.

Beləliklə, bu il Novruz bayramında bir həftə ardıcıl qeyri-iş günü olacaq.
Geri qayıt