29 saylı TSEK-də Fəridə Adullayevanın “əlillik bazarı”

29 saylı TSEK-də Fəridə Adullayevanın “əlillik bazarı” Gədəbəydə “əlil” olmaq heç də çətin deyil


“Əlil” olmaq istəyən şəxs Fəridə Adullayevanın “xüsusi adamı”nı görüb hesabını verəndəndən sonra məsələlər demək olar ki, çox asanlıqla həll olunur və süründürməçilikdən də əsər əlamət qalmır

Bölgələrdə fəaliyyət göstərən bəzi Tibbi-Sosial Ekspert Komissiyalarının yarıtmaz və korrupsioner fəaliyyəti yerli sakinləri və təbii ki, ilk növbədə bu qurumların xidmətlərinə ehtiyacları olan əlil və xəstə vətəndaşları son dərəcə narahat edir.

Vətəndaşlarımızın kütləvi informasiya vasitələrinə ünvanladıqları çoxsaylı şikayət ərizələrində TSEK rəhbərlərinin törətdikləri müxtəlif özbaşınalıqlar və ciddi qanun pozuntularına, yol verilən çeşidli korrupsiya hallarının tüğyan edilməsinə dair ətraflı məlumatlar təqdim olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov son illər bölgələrdə korrupsiyayay qurşanmış TSEK-lərə qarşı mübarizə aparmağına baxmayaraq hələki ciddi bir nəticə yoxdur. Çünki bir çox TSEK sədrlərini məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yüksək rütbəli məmurları himayə edir. Əgər belə olmasaydı, TSEK rəhbərləri qanunları belə asanlıqla ayaq altına alıb tapdalaya bilməz və dövlətin sosial siyasətini bu şəkildə çeynəyib yerə tüpürməzdilər. Ən azından baş verənlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsuliyyətli şəxslərinin göz yummaları və cəzasızlıq ortamının mövcud olması bunu deməyə əsas verir.

Saytımızın elektron ünvanına daxil olan məlumata görə Şəmkir və Gədəbəy rayonlarını əhatə edən 29 saylı TSEK-də yuxarıda qeyd etdiyimiz korrupsiya halları tüğyan edir.

Qeyd edək ki, 29 saylı TSEK-in sədri Fəridə Abdullayevanın adı ölkə mediasına yad isim deyil. Belə ki, google axtarış sistemində Fəridə Abdullayeva adını yazanda onun vaxtı ilə Gəncə şəhərində TSEK sədri işlədiyi müddətdə yol verdiyi çoxlu sayda korrupsiya halları barədə dolğun məlumatlara rast gəlmək olur. Buna baxmayaraq, Fəridə Abdullayevanın hazırda rəhbərlik etdiyi 29 saylı TSEK-də baş verən qanunsuzluqlarla bağlı da mətbuat səhifələrində tənqidi materiallar mütəmadi olaraq dərc olunmaqda davam edir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul şəxslərinin bu məlumatlara qarşı susqunluq nümayiş etdirmələri, heç olmasa edilən şikayətlər və dərc edilən korrupsiya faktları ilə bağlı daxili yoxlamalar aparmaması və şikayətçilərə qarşı açıq biganəliyin nümayiş etdirilməsi bunu deməyə əsas verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kimlərsə belə neqativ halların olmasına susqüunluqla cavab verirlər, hətta neqativ halların yayılmasın rəvac verirlər.

Saytımıza Fəridə Abdullayevanın özbaşınalıqları barədə daxil olan məlumatda bildirilir ki, xanım TSEK sədri Gədəbəy və Şəmkir rayonlarındakı vətəndaşların əksəriyyətinə müxtəlif əlillik dərəcəsi verib. Fəridə Abdullayeva uzun müddət bu sahədə olduğu üçün saxta əlillik dərəcsinin hazırlanması üzrə demək olar ki, “profesianal kadr”dan biri hesab olunur.

Saytımıza verilən məlumatda bildirilir ki, 29 saylı TSEK-də əlillik dərəcələrinin müəyyənləşdirilməsi işində çox ciddi nöqsanlar var və elə bunun nəticəsidir ki, Şəmkir və Gədbəy rayonlarında saxta əlillik dərəcələrinin sayı durmadan artır. Gədəbəy rayon sakinlərinin verdikləri məlumtda vurğulanır ki, 29 saylı TSEK-in işçiləri bir çox hallarda əmək qabiliyyətini itirən şəxslər barəsində əlillik dərəcəsinin təyin edilməsində süründürməçiliyə yol verirlər. Hər dəfə bir bəhanə ilə qanunun yol verdiyi imkanlar çərçivəsində əlillik dərəcəsi almaq istəyən şəxslərin tələbləri yerinə yetirilmir. Ancaq pulu olan şəxlər rüşvət müqabilində əlil olmasalar belə istədikləri dərəcəni əldə edə bilərlər. Saytımıza daxil olan şikayətdə bildirilir ki, bu məslə ilə birbaşa Fəridə Abdullauyevanın 29 saylı TSEK-də xüsusi “maklerləri” məşğul olur. Məhz Fəridə Adullayevanın “xüsusi adamı”nı görüb hesabını verəndəndən sonra məsələlər demək olar ki, çox asanlıqla həll olunur və süründürməçilikdən əsər əlamət qalmır.

Gədəbəy sakinləri şikayət məktublarında qeyd edirlər ki, 29 saylı TSEK-də I qrup əlillik dərəcəsi almaq üçün minimum 3000-5000 manat, II qrup üçün 2000-300 manat, III qrup üçün isə 1500 - 2000 manat arasında rüşvət tələb olunur. Həmçinin əlavə edilir ki, pulu olmayan xeyli sayda fiziki qüsurlu şəxslərə əlillik dərəcəsinin verilməsi prosesi demək olar ki, həyata keçirilmir.

Çikayətçilərin qaldırdığı problemlərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və 29 saylı TSEK-in sədri Fəridə Abdullayaevanın mövqeyini dərc etməyə hazırıq.

obyektiv.info
Geri qayıt