Mədət Quliyevin oğlundan pul, ərzaq... - "Qoy onların bayramı fərqlənməsin"

Mədət Quliyevin oğlundan pul, ərzaq... - "Qoy onların bayramı fərqlənməsin" Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mədət Quliyevin oğlu Murad Qulubəyli Novruz bayramı münasibəti ilə imkansız ailələrə yardım edəcək.

O, bu barədə məlumatı İnstaqram hesabında paylaşıb. Murad Qulubəyli bildirib ki, imkansız ailələrə ərzaq və pul yardımı veriləcək:

“Martın 17-dən həddindən artıq kasıb ailələrə yardım göstəriləcək. Hər zamankı kimi ailələr bol bazarlıqla və pulla təmin olunacaq. 18-də isə qocalar evi ziyarət ediləcək. Qoy, onların bayramı bizim bayramdan fərqlənməsin”.
Geri qayıt