Nazirlik 8 Martla bağlı valideynlərə müraciət etdi

Nazirlik 8 Martla bağlı valideynlərə müraciət etdi Azərbaycanda fəaliyyət göstərən ümumitəhsil müəssisələrində şagirdlərdən hər hansı pul vəsaitinin tələb olunması yolverilməzdir.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə məktəblərdə şagirdlərdən pul yığılması barədə açıqlama verən nazirlik qeyd edib ki, əgər belə fakt olsa, valideynlərin Təhsil Nazirliyinin 146 saylı “Qaynar xətt” xidmətinə müraciət edilməsi (anonim olmadan) tövsiyə olunur.
Geri qayıt