Mirşahinin telekanalına lisenziya verildi

Mirşahinin telekanalına lisenziya verildi Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

İclasda “REAL Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb.

Milli Televiziya və Radio Şurasının qərarına əsasən “REAL Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.

Qeyd edək ki, "REAL TV"nin yaradıcısı Mirşahin Ağayevdir. Kanalın kollektivi arasında ANS-in tanınmış simaları da yer alıb.
Geri qayıt