Mehriban Əliyeva yeni mərkəzin açılışında (FOTOLAR)

Mehriban Əliyeva yeni mərkəzin açılışında (FOTOLAR) Bu gün Xəzər rayonunun Şağan qəsəbəsində yeni inşa edilən Mədəniyyət Mərkəzinin açılış mərasimi olub.

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib.

Mehriban Əliyeva Mədəniyyət Mərkəzinin yeni binasının rəmzi açılışını bildirən lenti kəsib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mehriban Əliyevaya məlumat verib ki, iki mərtəbədən ibarət Mədəniyyət Mərkəzinin binasının inşasına 2014-cü ildə başlanılıb. Ən yüksək səviyyədə aparılan tikinti işləri nəticəsində Mərkəzdə 200 yerlik tamaşa zalı, kinozal, kinoproyeksiya, qrim otağı, rəssam emalatxanası, musiqi dərnəyi, oxu zalı, kitab fondu, tətbiqi incəsənət, ədəbiyyat, evdarlıq dərnəkləri, rəqs zalı, 41 yerlik amfiteatr, işıq aparatları və səs operator otaqları yaradılıb.

Mədəniyyət Mərkəzinin ətrafındakı ərazi abadlaşdırılıb, ağaclar əkilib və yaşıllıq salınıb.

Mehriban Əliyeva Mərkəzlə tanış olub.
Mehriban Əliyeva yeni mərkəzin açılışında (FOTOLAR)
Mehriban Əliyeva yeni mərkəzin açılışında (FOTOLAR)
Geri qayıt