"Ata bank" 2-ci qrup əlili get-gələ salaraq incidir: - Rəyasət heyəti 2 ildir toplanmır

"Ata bank" 2-ci qrup əlili get-gələ salaraq incidir: - Rəyasət heyəti 2 ildir toplanmır "Ata bank" müştərisini get-gələ salaraq problemini həll etmir, 33 maşın isə müştərilərin ayağından silinmir.

Bu barədə BiG.AZ-a üz tutan şikayətçi Qurbanov Tural Tahir oğlu deyib. O, qeyd edib ki, bir müddət öncə anasının adına "Ata bank"dan kreditlə maşın aldığını, indi isə bankın onları süründürdüyünü bildirib:
"2013-cü ildə "Ata bank"ın Sumqayıt filialından anam Əhmədova Elmira Mirəli qızının adına kreditə maşın aldım. Sonra imkanım olmadı deyə maşını satmalı oldum. Banka bu barədə məlumat verdim, onların istəyi ilə maşını bank əməkdaşının dediyi adama satdım. Bir müddət sonra maşında problem çıxdı. Həmin bankın digər bir əməkdaşı mənlə görüşdü, özünü problemli kredit şöbəsinin müdiri kimi təqdim etdi dedi ki, sənin xəbərin var maşının hardadı? Mən də ona bundan məlumatsız olduğumu, bank əməkdaşlarının dediklərini icra etdiyimi bildirdim. O da maşının 30 min dollar (Dolların 1.75 olan ərəfələri) borcu yığıldığını bildirdi. Mən bundan dəhşətə gəldim ki, "Kia Optima"nın 30 min dollar qiyməti yoxdu, necə 30 min dollar borcu ola bilər? Sonra maşın Naxçıvandan tapıldı, gətirildi. Mən də bankın icazəsi olmadan maşının Naxçıvana necə gedib çıxdığını soruşdum. Mənə dedilər ki, sən icazə vərəqəsi verməlisən filankəsin adına. Mən də dedikləri kimi etdim, anam dedikləri adamın adına icazə vərəqəsi verdi. Sonra yenə başqa bir adamın adına icazə vərəqəsi istədilər onu da verdik. Bir müddətdən sonra bütün icazə vərəqələrini ləğv elətdirdik.
Sonra biz vəkil tutdurduq, dedik ki, maşın adımızdan çıxıb başqa bir adamın adına keçirilsin. 2016-cı ildə maşın adımızdan çıxarıldı başqa bir adamın adına keçirildi. Bizə də təmizlik kağızı verdilər. 2016-cı ildən indiyə qədər adımızdan aktiv borc silinməyib. Hərçənd ki, bizə təmizlik kağızı verilib. Biz yenidən "Kapital bank"a müraciət etdik kredit götürmək üçün dedilər sizin 570 gün gecikməniz 19 min dollar da aktiv borcunuz var. Biz "Ata bank"ın Sumqayıt filialında Orxan müəllimə müraciət etdik ki, bizə təmizlik kağızı vermisiniz amma adımızda 570 gün gecikmə 19 min dollar aktiv borc var. Bizə bunun texniki problem olmasına dair də sənəd vermədilər ki, biz kredit götürək. Deyirlər ki, gərək rəyasət heyəti toplaşsın, sizin kimi 33 maşın var o gərək sizdən silinsin. Mən belə başa düşdüm ki, ya bunların bizə verdiyi təmizlik kağızı etibarsızdır, ya da bunlar bizi aldadırlar. Necə olur ki, 2 il müddətində rəyasət heyəti toplanıb maşını ayağımızdan silmədi? Hələ rəyasət heyətinin toplaşıb verəcəyi qərar da qeyri-müəyyəndir. Onlar borcu silməyə də bilər. Əgər aktiv borc 19 min dollardırsa və 570 gün gecikmə varsa bu borcun faizini də bizdən almağı düşünürlər. Anam ikinci qrup əlildir, xəstə bacımı evdə tək qoyub rayondan bura gəlirik. Bacım da ikinci qrup əlildir, anam da xəstədir bizi 3 gündən bir Bakıya gətizdirib qaytarırlar. Deyirlər get 3 gündən sonra gəl, bu gün gəlmişik deyirlər gedin birinci gün gəlin. Bakıda da qalmağa yerimiz yoxdur, qohumlarda da şərait yoxdur ki, qalaq problemi həll edək. Pulumuzu ancaq yollara xərcləyirik. Bizə deyirlər ki, get sən Tarıyel müəllimi tap (Mən maşını kreditə alarkən bankda işləyən bank əməkdaşı idi) problemini ona de. O, da uzun müddət bundan öncə işdən ayrılıb. O indi bankda işləmirsə, mən ona yaxınlaşıb hansı köməklik gözləyə bilərəm ki?
Gedirik banka bizi orda yola verirlər. Bu gün də getmişdik anamı necə əsəbiləşdirdilərsə halı pisləşdi. Banka təcili tibbi yardım çağırdıq. Orda bir otağa aparıb ilkin tibbi yardım ediləndən sonra özünə gəldi. Mən oturub illərlə rəyasət heyətinin toplaşmasını gözləyəcəm? Mənimlə bərabər dediklərinə görə 33 maşın da var. Ailəmizin ehtiyyacları var, biz kredit götürmək istəyirik bizə kredit verilmir ki, borcunuz və gecikməniz var. Xahiş edirik ki, bu məsələni ictimailəşdirin bəlkə ictimailəşdikdən sonra bizim problemimiz həll olunar".
"Ata bank" 2-ci qrup əlili get-gələ salaraq incidir: - Rəyasət heyəti 2 ildir toplanmır
"Ata bank" 2-ci qrup əlili get-gələ salaraq incidir: - Rəyasət heyəti 2 ildir toplanmır
"Ata bank" 2-ci qrup əlili get-gələ salaraq incidir: - Rəyasət heyəti 2 ildir toplanmır
Geri qayıt