Morqa 30-a yaxın cəsəd gətirilib - Meyitlər tanınmaz halda

Morqa 30-a yaxın cəsəd gətirilib - Meyitlər tanınmaz halda Məlum olduğu kimi, Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində yanğın olub.

İlkin məlumata görə, hadisə nəticəsində 30 nəfərədək şəxs ölüb.

“Qafqazinfo”nun Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində olan əməkdaşlarının məlumatına görə, birliyə 30-a yaxın şəxsin meyiti gətirilib. Onların üzərində ciddi yanıq əlamətləri görünür, cəsədlər tanınmaz hala düşüb.

Yanğın baş verən bölmədə 120 xəstə müalicə olunurmuş.
Geri qayıt