İtkin düşən Qusar sakini tapıldı

İtkin düşən Qusar sakini tapıldı DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusarda itkin düşən şəxs tapılıb. Rayonun Qullar kənd sakini, 29 yaşlı Rəna Mehdiyeva ötən il noyabrın 25-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Bundan narahat olan ailəsi onun tapılması üçün Qusar Rayon Polis Şöbəsinə müraciət edib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs 21 fevral 2018-ci il tarixdə axşam saatlarında Abşeron rayon Xırdalan şəhər ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Nizam Həmidov
polis leytenantı
Geri qayıt