Nazir baş həkimi işdən çıxartdı, yeni vəzifə verdi

Nazir baş həkimi işdən çıxartdı, yeni vəzifə verdi Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyev işdən çıxarılıb.

O, səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Angiologiya şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.

İ.Mirzəliyev artıq yeni vəzifəsinin icrasına başlayıb.

Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi vəzifəsi isə müvəqqəti olaraq xəstəxananın poliklinika şöbəsinin müdüri Hüseyin Şahmalıyevə tapşırılıb.

Qeyd edək ki, İsmayıl Mirzəliyev bundan əvvəl Quba Rayon Mərkəzi Xəstəxanasında işləyib.
Geri qayıt