Xızıda yol tikintisinə 2 milyon manat ayrıldı

Xızıda yol tikintisinə 2 milyon manat ayrıldı Prezident İlham Əliyev Xızı rayonunun Giləzi-Xızı (34 km)-Fındığan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

xalqxeber.az xəbər verir ki, bu məqsədlə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,0 (iki) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Geri qayıt