ETSN-də müşavirə keçirildi - Nazir göstəriş verdi

ETSN-də müşavirə keçirildi - Nazir göstəriş verdi Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) geniş müşavirə keçirilib.

ETSN-nin mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə nazir Hüseyn Bağırov nazirlik tərəfindən həyata keçirilmiş işlər barədə danışıb. O bildirilib ki, ETSN tərəfindən aidiyyəti üzrə nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində müvafiq işlər görülür: "Aqromeşələrin salınması, əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatı, hidrometeoroloji müşahidə və milli monitorinq sistemlərinin modernləşdirilməsi ilə də bağlı işlər həyata keçirilir”.

H. Bağırov dəniz suyunun duzsuzlaşdırılması, xüsusi mühafizə olunan təbiət ərazilərinin miqyasının genişləndirilməsi, yerin təkində təbii sərvətlərin axtarışı, kəşfiyyatı və s. sahələrdə müvafiq tədbirlərin görüldüyünü də diqqətə çatdırıb.

Daha sonra tədbirdə çıxış edənlərin görülmüş işlər barədə hesabatları dinlənilib.

Müşavirədə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan prezidenti İlham Əliyev tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı ETNS tərəfindən müvafiq tədbirlərin görülməsi üçün atılacaq konkret addımlar təhlil olunub. Proqramda aidiyyəti üzrə nəzərdə tutulmuş bütün tədbirlərin həyata keçirilməsinin tam şəkildə keyfiyyətlə və vaxtında başa çatdırılması üçün zəruri işlərin görülməsi barədə müvafiq göstərişlər verilib.
Geri qayıt