Asan Xidmət niyə çətin iş görür? – QANUN SÜRÜNDÜRÜLÜR

Asan Xidmət niyə çətin iş görür? – QANUN SÜRÜNDÜRÜLÜR Asan Xidmətdən tələb edilmiş, evə elektrik xətdi çəkilməsi üçün, yaşam haqda kənd sovetindən arayış və evin kadastr planını 01.02.2018-ci il tarixdə bu xidmətin Bakıxanovda yerləşən bürosuna təqdim etmişəm. 03.02.2018-ci il tarixdə Azərişığın Suraxanı rayon bölməsi tərəfindən evə baxış keçirilib və yenidən AX-də pulu ödənildikdən sonra evə elektrik xətdi çəkiləcəyi bildirilib. 4 fevralda (bazar günü) AX-ə müraciət etdim, cavabımda bildirildi ki, Azərişıq imtina verib, araşdırılacağını, sabah yaxınlaşmamı bildirdilər. 05 fevralda bir daha AX- ə müraciət etdikdə, guya imtina səbəbi kimi bir ünvanda 2 evin olmasının göstərildiyi bildirildi... Qəribədir, deyilmi?...

Sosial xidmət qurumları tərəfindən əhalinin süründürməçiliyə məruz qalmaması məqsədilə, Prezidentin fərmanı ilə Asan Xidmət qurumu yaradılıb. Bu qurum tərəfindən əhalidən alınmış yaşayış yerindən arayış və kadastr görüntüsündən əlavə, Azərişıq Suraxanı rayon şöbəsi tərəfindən evin kupçası, evin ayrılma sənədi, torpaq sənədi, hər hansısa bir sənədin tələb edilməsi qanuna ziddir, əhalinin dövlətdən narazı salınmasına cəhddir, Prezidentin tutduğu kursa tüpürməkdir, vətəndaşları qarşıdurmaya təhrik etməyə, ölkəni xaosa sürükləməyə cəhddir...

Bu dövlətə və dövlətçiliyə xidmət edən görəv sahiblərinin təcili müdaxiləsini gözləyir vətəndaş. 25 yanvardan bu günədək işığı, qazı, suyu kəsilmiş övladımın Azərbaycan vətəndaşı olduğunu və Prezidentin onun da hüquqlarını qoruyacağına, Qurana əl basaraq, and içdiyini burdan aidiyyatı qurumlara duyurmaq istəyirəm.

Süleyman Məmmədli
Geri qayıt