Azərbaycan Texniki Universitetində RÜŞVƏT qalmaqalı - Zəfər CƏFƏROVUN korruptiv əməlləri

Azərbaycan Texniki Universitetində RÜŞVƏT qalmaqalı - Zəfər CƏFƏROVUN korruptiv əməlləri Bir müddətdir ki, Bakunews.az-a daxil olan məlumatla bağlı aparılan dəqiqləşdirmələr sona çatmaqdadır. Çox təsüflər olsun ki, apardığımız araşdırmalarda bizə maniələr yaradan Z.Cəfərov fəaliyyətdə olduğu universitetdə korruptiv əməllərlə məşğul olması ilə bağlı verilən məlumata aydınlıq gətirməkdən imtina edir. Dəfələrlə universitetin daxili nömrələrinə o cümlədən Zəfər müəllimin mobil nömrəsinə zəng etməyimizə baxmayaraq bizimlə əlaqə yaratmasında heç bir ATU əməkdaşı vasitəçilik etmək istəmədilər. ATU-nun keçmiş rektor dövründə kafedra müdiri tərəfindən vətəndaşdan külli miqdarda vəsait alması ilə bağlı verilən məlumat aydınlıq gətirməkdən qaçan Z.Cəfərov məsələnin ciddiliyinin fərqinə vardığını və verilən məlumatın düzgün olmasından narahatlıq hissi keçirməklə kifayətlənməkdədir. Məsələ ilə bağlı Zəfər müəllimlə dəfələrlə əlaqə saxlamağa çalışsaqda Universitet əməkdaşları tərəfindən müəllimin xəstə olması, yaxud da məzuniyyətdə olması bildirildi. Amma "görünən dağa bələdçi gərək deyil" misalı burda yadda düşür. Universitetdə imtahan vaxtı peyda olan Zəfər Cəfərov jurnalistlərə cavab vermək istəmədiyi kimi əməkdaşlarınada yalan danışmağı məcbur etdiyi aşıkardır. Universitət əməkdaşları tərəfindən dəfələrlə başqa başqa bəhanələr gətirilərək müəllimin sadəcə sesiya imtahanları zamanı gəldiyini qalan vaxtların Ali Təhsil ocağında olmadığı qeyd edilib. Belə çıxır ki Z.Cəcəfor fəaliyyətsizliyi ilə dövlət büdcəsinədə eyni zamanda zərər vurmaqdadır. Adının Universitetdə getməsi amma özünün işə gəlməməsi gö önünə gətirildikdə aldığı məvacibin isə hansı fəaliyyətinə görə verilməsidə şübhə altına alınmaqdadır. İttihamlarda bir gömrük genralınında adının keçməsi və dahada şok olan isə bir rektorunda məsələyə aid edilməsi buna qarşı isə heç bir cavab verilməməsi müəmmalar yaratmaqdadır.

Qeyd etmək lazımdır ki, Zəfər Cəfərovun həyat və yaradıcılığına nəzər saldıqda yuxarıda qeyd edilənlərlə şəxs barəsində ki məlumat heçdə uyğun gəlməməkdədir. Amma şikayətçinin olması artıq faktların danılmaz olduğundan xəbər verməkdədir.

(Zəfər Əli oğlu Cəfərov 28 noyabr 1962-ci ildə Laçın rayonunun Minkənd kəndində anadan olub. Laçın rayonu Minkənd kənd orta məktəbini bitirdiyi 1980-ci ildə Azərbaycan Neft və Kimya institutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyasının)daxil olub. Ali təhsili başa vurduqdan sonra 1985-1993-cü illərdə təyinat üzrə Rusiya Federasiyasının Ulyanovsk şəhərində SSRİ Hərbi Dəniz donanması, «MARS» elmi-tədqiqat institutunun Avtomatlaşdırılmış İdarəetmə Sistemlərinin proqram təminatı şöbəsində mühəndis, kiçik elmi-işçi, aparıcı mühəndis və sektor rəisi vəzifələrində işləmişdir. 1993-cü ildən 2013-cü ilə qədər Azərbaycan Texniki Universitetin «Telekommunikasiya şəbəkələri və texnologiyaları» kafedrasında çalışmışdir. 2013-cü il may ayinda müsabiqə yolu ilə «İnformasiya texnologiyaları və proqramlaşdırma» kafedrasına müdir seçilmişdir. İnformatika və telekommunikasiya və sahəsi üzrə 70-dən artıq elmi-məqalə, tədris vəsaitləri və metodik göstərişlərin müəllifidir.
Zəfər Cəfərov texnika elmləri namizədidir.)

Əldə etdiyimiz məlumata görə, Z.Cəfərovun qardaşları da möhtəbər vəzifəli şəxslərdir. Zəfər müəllimin korrupsiyada ittiham edilməsi ailə üzvlərinidə tədirgin edib.
Geri qayıt