Sabah 12 dərəcə isti gözlənilir

Sabah 12 dərəcə isti gözlənilir Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən havanın temperaturunun Abşeron yarımadasında gecə 0-3, gündüz 8-12, Bakıda gecə 0-2, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.
Geri qayıt