Deputatın kürəkəni Bakıda tibb kollecini bazara çeviribmiş - İddialar

Deputatın kürəkəni Bakıda tibb kollecini bazara çeviribmiş - İddialar Bakı 1 saylı Tibb Kolleci Nəriman Mövsümovun direktorluğu altında səhiyyəmizə bir batalyona bərabər terrorçu tələbə yetişdirir
Tələbələr xəstənin venasına, dəri altına iynə vurmağı bilmirlər. Onlara sistem qoşmaq da öyrədilməyib.
N.Mövsümov tələbələrə pul yığımı kampaniyasında fəal iştirak etməyin sirlərini dərindən öyrədə bilib.
Hər sessiyada direktorla tələbələr elə gözəl yola gedirlər ki, kollecdə heç kəs narazı qalmır. Nəticədə Azərbaycan tibbinə bisavad nəsil təqdim olunur.
1 saylı Bakı Tibb Kollecində də durum digərlərindən fərqlənmir. Texnikumun direktoru Nəriman Mövsümov deputat Ağacan Əbiyevin kürəkəni olduğundan əl-qolu çox geniş açılır.
Elə bu səbəbdəndir ki, sözügedən təhsil ocağında özbaşınalıq və tələbələrdən yığımlar edilməsi normaya çevrilib.
Daxil olan məlumatlara görə, Nəriman Mövsümov pul yığma məsələsində çox «orjinal» üsul seçib.
Belə ki, direktor nazirliyin monitorinq və yoxlamasından təmiz çıxmaq üçün pul alınan tələbələri əvvəlcə imtahandan kəsir.
Sonra isə müavini pul verən tələbələri başqa otağa toplayaraq, hazır vərəqləri onlara verir ki, yoxlama gələrsə, hamının kəsildiyini görsün.
Əslində isə ortada nə kəsilən var, nə də buna bənzər bir şey. Əksinə, hazır vərəqlər verilmiş tələbələr həmin suallar əsasında imtahan verərək, qiymətlərini alırlar.
Mediada tirajlanmış məlumatlara instinadla xəbər veririk ki, 1 saylı Bakı Tibb Kollecinin adı hələ bir xeyli əvvəl daha bir xoşagəlməz olaya qarışmışdı.
Belə ki, kollecin müəllimlərindən biri təhsil ocağında fahişəxana açıbmış. Açıq şəkildə intim xidmətlər təklif olunurmuş.
Lakin işin üstü açıldığında direktor Nəriman Mövsümov vəziyyətdən çıxmaq üçün mətbuata açıqlama vermək məcburiyyətində qalıb.
O açıqlamasında vurğulayıb ki, belə bir hal yaşanıb, amma bu işlə məşğul olan müəllimə işdən azad edilib.
«Bu məsələnin üstü vaxtında açıldığından cinayət əməli baş verməyib. Biz bu hərəkətlərinə görə müəlliməni işdən kənarlaşdırdıq».
Bundan başqa, Nəriman Mövsümovun SOCAR-da çalışan övladı qiymətli avtomobillər bir neçə yüz min manat xərcləyib.
Onun qarajında bir neçə avtomobil olduğu, onların toplam dəyərinin bir neçə yüz min manat olduğu vurğulanır.
İddia edilir ki, oğul Mövsümov özü SOCAR-da adi işçidir və bu şansı da babası, deputat Ağacan Əbiyev sayəsində yaxalayıb.
Qeyd edilir ki, kollec direktorunun oğlunun sürdüyü ən bahalı maşın «Gallenvagen»dir. Dəyəri 140 min dollar olan avtomobili Bakıda hər oğlan ürək edib sürə bilmir.
«Porşe» marakalı avtomobil də kolleksiyada var. Nəriman Mövsümov övladının sözündən çıxmayaraq, ona daha bir neçə maşın alıb.
Lakin kollec direktoru Nəriman Mövsümovun belə geniş maliyyə imkanlarına malik olması sözün həqiqi mənasında sensasiya doğurur.
Görünür, kollec direktoru tenderlər, tələbə qəbulları, habelə imtahanlarla bağlı ciddi «tədbirlər» görüb.
Bu iddialarla bağlı kollecdən zənglərimizə cavab verilmədi.
Qarşı tərəfi də dinləməyə hazırıq.

Fia.Az
Geri qayıt