2018-ci ildə 137 modul tipli məktəb tikiləcək

2018-ci ildə 137 modul tipli məktəb tikiləcək Bu il 137 modul tipli məktəb tikiləcək. Kəndlərdə 100-dən çox məktəb qazlaşdırılacaq, yüzlərlə məktəbdə təmir işləri aparılacaq.

Bunu prezident İlham Əliyev yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda yekun nitqində deyib:

“Bakı şəhərində isə 12 məktəb əsaslı təmir ediləcək. Beləliklə, biz Bakı şəhərində məktəb tikintisi və təmiri problemlərinin həllinə nail olacağıq. Əlbəttə ki, növbəti illərdə bütün bölgələrdə, rayonlarda yeni məktəblər tikiləcək, təmir olunacaq. Ancaq qarşıya məqsəd qoyulub ki, bu il biz qəzalı məktəblərin təmiri ilə bağlı bütün proqramı icra edək. Hesab edirəm ki, bu, mümkündür”.
Geri qayıt