Əziz Qaralov: Qar yağsa, sürüşmə zonasında təhlükə yarana bilər

Əziz Qaralov: Qar yağsa, sürüşmə zonasında təhlükə yarana bilər Dünən “Televiziya” qülləsi kompleksinin yaxınlığında, Bayıl yamacında cüzi torpaq sürüşməsi olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, hazırda yağan yağışın sürüşməyə təsiri yoxdur.

Onun sözlərinə görə, əgər güclü qar yağsa, onun nəticələri qorxulu ola bilər:

“Yağış yağanda axıb gedir, lakin qar hopur, sürüşməni artırır. Lakin Abşeronda güclü qarın yağması gözlənilmir. Yağışdan qorxu yoxdur. Təbiət hadisəsi elədir ki, onu öncədən dəqiq demək olmur”.

Əziz Qaralov əlavə edib ki, sürüşmə prosesi hələlik başa çatmayıb, amma proses əvvəlki günlərə nisbətən zəifləyib.
Geri qayıt