134 saylı marşrut xəttinin və onun sərnişinlərinin qənimləri – DAX 8 SAYLI SUMQAYIT İDARƏSİNDƏ NƏ BAŞ VERİR?

134 saylı marşrut xəttinin və onun sərnişinlərinin qənimləri – DAX 8 SAYLI SUMQAYIT İDARƏSİNDƏ NƏ BAŞ VERİR? Dövlət Avtomobil Xidmətinin 8 saylı Sumqayıt reqional ərazi idarəsində başverən qanunsuz olaylar nəinki sahibkarların, eyni zamanda, sıravi vətəndaşları qıcıqlandırır. Artıq bu barədə ilkin etiraz dalğası mediaya yayılmaqdadır. Redaksiyamıza daxil olan növbəti müraciət isə daha sərt məqamları özündə birləşdirir. Belə ki, məlumatda deyilir ki, Dövlət Avtomobil Xidmətinin 8 saylı Sumqayıt reqional ərazi idarəsinin rəisi Əhməd Yolçu oğlu Rüstəmov başqa şəxslərin adına rəsmiləşdirilmiş, lakin faktiki olaraq özünə məxsus 35 saylı Novxanı-Xirdalan və Dövlət avtomobil xidmətinin digər yüksək vəzifəli məmuru Cabbar Nəzərova məxsus 592 saylı Goradil-Binəqədi- Xirdalan marşrut xətlərinə münbit fəaliyyət şəraiti yaratmaq üçün rəqib sahibkarların fəaliyyətinə maneçilik etmək məqsədi ilə Fatmayi (çimərlik) –Binəqədi- Xırdalan dairəsi-Avtovağzal- Sədərək TM xətti üzrə işləyən 134 saylı marşrut avtobuslarını Xirdalan dairəsi və Beynəlxalq avtovağzal ərazisində saxlayaraq xəttdən çıxarırlar, sürücülərin sənədlərini əllərindən alırlar. Əhməd Rüstəmov hətta Abşeron yarımadasının bir hissəsini də öz ərazisi elan edib və bu ərazidən ondan icazə almadan keçmək yasaq sayılır.

Əhməd Rüstəmovun qanunsuz hərəkətlərinə səbəb : ozünün və digər məmur həmkarının biznes fəaliyyətini inkişaf etdirməkdir.

Əminik ki , Əhməd Rüstəmovun və Cabbar Nəzərovun məmur özbaşnalığının qarşısı səlahiyyətli orqanlar tərəfindən tezliklə alınacaqdır.

7NEWS.az
Geri qayıt