Tapılan meyitin neftçinin olduğu dəqiqləşdi - Kimliyi açıqlandı

Tapılan meyitin neftçinin olduğu dəqiqləşdi - Kimliyi açıqlandı Ötən gün Xəzərin sahilində balıqçılar tərəfindən cəsədi aşkarlanan şəxsin kimliyi məlum olub.

Bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı sosial şəbəkədə yazıb. O qeyd edib ki, Hamamdağ ətrafında balıqçıların dənizdən tapdığı cəsəd N.Nərimanov adına NQÇİ-də baş verən qəza vaxtı itkin düşmüş neftçıxarma operatoru Vidadi Qurbanova aiddir: “Qəza vaxtı itkin düşənlərin cəsədlərindən biri təsadüfən tapılıb, ikisini isə FHN yox, yerli balıqçılar tapıb”.
Geri qayıt