“Ermənilərin hər yerdə gözünə Azərbaycan əsgəri görünür” - Müdafiə Nazirliyi

Nazirlikdən daxil olan məlumatda bildirilir ki, Ermənistanın yaydığı xəbərin heç bir əsası yoxdur:
“Guya cəbhə xəttində gərginliyin yaranması, Azərbaycan tərəfinin itkilər verməsi barədə Ermənistan tərəfinin təxribat məqsədilə yaydığı xəbərin heç bir əsası yoxdur. Ermənilər o dərəcədə qorxurlar ki, hər tərəfdə onların gözlərinə Azərbaycan əsgəri görünür və bundan da xoflanırlar”.