Xətai sakinləri şikayət edir, "Azəristilik" "problem yoxdur" deyir

Xətai sakinləri şikayət edir, "Azəristilik" "problem yoxdur" deyir "Azəristilik" ASC-dən şikayət var.

Daxil olan şikayətdə bildirir ki, Xətai rayonu ərazisində mənzillərdə istilik qızdırıcıları lazımi səviyyədə çalışmır.

Bununla bağlı "Azəristilik" ASC ilə əlaqə saxladıq. Əvvəlcə qazanxana ilə danışdıq. Qazanxanadan bildirdilər ki, hər şey qaydasındadır:

"Hazırda Xətai rayonu üzrə borularda 62 dərəcə istilik mövcuddur. Əgər mənzillərdə hər hansı problemlər varsa, buna sahə rəisləri nəzarət edir. Onlarla əlaqə saxlasanız, daha dəqiq məlumat ala bilərsiniz".

"Qaynar xətt"ə zəng vurub problemlə bağlı onların da fikrini öyrənmək istədik. Zəngimizə cavab verən Leyla İbrahimova mərkəzlə əlaqə saxlayaraq bildirdi ki, Xətai rayonu üzrə istilik orta səviyyədədir və heç bir problem müşahidə olunmur:

"Ancaq yenə də problem olan mənzil bizimlə əlaqə saxlayarsa, əməkdaşlarımızı ünvana göndərib problemi həll edə, daha dəqiq məlumat verə bilərik".

Qaynarinfo.az
Geri qayıt