DİN “Kürd Vüqar”ın törətdiyi qətllə bağlı məlumat yayıb

DİN “Kürd Vüqar”ın törətdiyi qətllə bağlı məlumat yayıb Daxili İşlər Nazirliyi Sarayda törədilən qətllə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, yanvarın 15-də Abşeron rayonunun Saray qəsəbəsindən qəsəbə sakini Muğan Şalikovun yıxılaraq kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilməsi barədə DİN-in “102 Xidməti-Zəng Mərkəzi”nə məlumat daxil olub.

Abşeron RPİ əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində M.Şalikovun həmin gün Saray qəsəbəsi ərazisində aralarında yaranmış münaqişə zəminində qohumu Vüqar Həsənov tərəfindən döyülməsi müəyyən edilib.

M.Şalikov yanvarın 17-də xəstəxanada ölüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

V.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Xatırladaq ki, “Kürd Vüqar” kimi tanınan Vüqar Hüseynov 2015-ci ilin iyun ayında Abşeron rayonunun Saray qəsəbəsində yaşayan qəsəbə bələdiyyəsinin sədri Vəsilə Əbdilhəsənova və onun həyat yoldaşı Vəfadar Əbdilhəsənovu evlərində qətlə yetirən Fəadail Hüseynovun qardaşıdır.
Geri qayıt