Pensiyaçılara şad xəbər: bu gün axşamdan...

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.
O bildirib ki, yanvar ayının ilk günləri bayram günlərinə təsadüf etdiyindən pensiyaların Bakı şəhəri üzrə hesablara köçürülməsi bir neçə gün sonraya, yəni ayın 16-na təsadüf edib. Sonrakı mərhələdə maliyyələşdirmə, ötən aylarda olduğu kimi, qrafikə uyğun şəkildə, yəni rayon və şəhərlər üzrə mərhələli şəkildə aparılacaq.
E.Babayev qeyd edib: "Belə ki, məcburi köçkün rayonları, respublika tabeli şəhərlər, digər rayonlar, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə pensiyaların maliyyələşdirilməsi həyata keçiriləcək və ümumilikdə ay ərzində pensiyaların ödənişi tam başa şatdırılacaqdır".