Arif Qasımov Qara Qarayev prospektini şumlayır – Fotolar

Arif Qasımov Qara Qarayev prospektini şumlayır – Fotolar Bakının Nizami rayonu qara günə qalıb. Rayonun Qara Qarayev prospektindən 8-ci kilometr bazarına gedən sağ və sol tərəfdə hasarlanmayan yer qalmayıb.
AzEuroNews.com-un məlumatına görə, “Vosmoy” bazarı ətrafında bütün yaşıllıqlar artıq kəsilib və torpağın hər qarışı Nizami Rayon İcra Hakimiyyəti tərəfindən 10 000 manatdan satılıb.
Q.Qarayev prospektində barmaqla göstəriləcək ağaclar qalıb ki, onlar da “edam kötüyü”nə çıxarılıb və Nizami RİH-nin əmr növbəsini gözləyirlər.
Bu dəhşətli mənzərənin şahidi olmaq üçün təqdim edəcəyimiz fotolara baxmaq kifayətdir. Şəhərin heç bir rayonunda yaşıllıqlara belə “divan tutulmayıb”.
Amma təkcə yaşıllıqların kəsilib yerlərinin satılması deyil, səkilər də obyektlər tərəfindən zəbt olunub. Bu ərazilərin satış qiyməti qarış və kvadratla ölçülür.
Sakinlər bildirirlər ki, Nizami rayonunda ağacların kütləvi kəsilməsi, səkilərin satışı Arif Qasımovun icra başçısı gəldiyi tarixdən intensivləşib.
Ona qədər keçmiş icra başçıları da rayonda əraziləri iş adamlarına peşkəş edirdilər. A.Qasımov isə rekorda imza atıb.
Hazırda “Neftçilər” metrosundan “Vosmoy” bazarına gedən yolun solunda isə yaşıllığın içində restoran tikilib.
Ancaq qarşısında “yeni park salınmasına görə müvəqqəti narahatlıq üçün üzr istəyirik” lövhəsi yerləşdirilib.

► Yeni park salınır, harda?

Sakinlər sual edirlər ki, yeni park harda salınacaq. Çünki artıq həmin yer restoran tərəfindən ələ keçirilib.
Q.Qarayev prospektində bir ağac da qalmayacağına söz verən məsul şəxslər artıq satmağa səki, meşəlik axtarırlar.
Əfsus ki, bu gedişlə 2018-ci ilin sonuna qədər Nizami rayonunda nə yaşıllıq, nə səki qalacaq. Sakinlər deyirlər ki, ağacların qırılmasına müvafiq qurumlar tərəfindən göz yumulur.
Ona görə də “Neftçilər” metrosunun həndəvəri, piyadaların yolu icra başçısı tərəfindən satılıb. Hər yanda kafe, mağaza, dükanlar, ticarət mərkəzləri tikilir.
Bütün bu özbaşınalıqlar Nizami RİH-nin gözü qarşısında baş verir. RİH-nin inzibati binasının pəncərəsindən boylanıb ağac kəsilməsinə, tikinti aparılmasına şahid olmaq çox asandır. Amma heç bir açıqlama vermirlər. Niyəsi aydındır…
Arif Qasımov Qara Qarayev prospektini şumlayır – Fotolar
Arif Qasımov Qara Qarayev prospektini şumlayır – Fotolar
Arif Qasımov Qara Qarayev prospektini şumlayır – Fotolar
Arif Qasımov Qara Qarayev prospektini şumlayır – Fotolar
Arif Qasımov Qara Qarayev prospektini şumlayır – Fotolar
Geri qayıt