“Optimal electronics”ə məxfi kredit tarixçələrini hansı bank ötürür? – FOTOFAKT

“Optimal electronics”ə məxfi kredit tarixçələrini hansı bank ötürür? – FOTOFAKT “Optimal electronics” mağazalar şəbəkəsi daxili kreditlə audio-video və rəqəmsal teknikanın, iri və xırda məişət texnikası məhsullarının daxili kreditlə satışını təşkil edir. Daxili kredit isə bank krediti deyil və mağazaların, şirkətlərin kredit mütəxəssisləri tərəfindən rəsmiləşdirilir.
“Optimal electronics”də isə vəziyyət fərqlidir. Belə ki, bu şirkət kredit üçün müraciət edənlərlə bağlı araşdırma apararkən potensial müştərinin banklardakı kredit tarixçəsini də yoxlayır. Bu barədə məlumatı mağazalar şəbəkəsinin müştərilərindən biri verib. Onun sözlərinə görə, mağazalardan birinə kredit üçün müraciət etdikdə kredit mütəxəssisi bildirib ki, kredit ayrılması üçün onun Mərkəzləşmiş Kredit Reyestrindəki kredit tarixçəsi də nəzərdən keçirilməlidir. Mağazanın reyestrə çıxışı olmadığından, bunu banklardan birinin köməkliyi ilə edir. Daha doğrusu, mağaza müştəri barədə məlumatları sıx əlaqədə olduğu banklardan birinin əməkdaşına göndərir, o isə kredit tarixçəsindən çıxarışı mağazaya təqdim edir. Yalnız bundan sonra müştəriyə müsbət və ya mənfi cavab verilir.
Faktı dəqiqləşdirmək üçün “Optimal electronics”in internet saytı vasitəsilə onlayn məsləhətçiyə müraciət etdik. Jalə adlı onlayn məsləhətçi faktı təsdiqlədi və müştərinin kredit tarixçəsinə həqiqətən baxıldığını bildirdi.

Əməkdaşımızın bir mağazanın Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarışı necə alması barədə sualını isə Jalə xanım cavabsız qoydu.

Qeyd edək ki, vətəndaşlar barədə kredit hesabatlarını almaq hüququna aşağıdakılar malikdir: kredit təşkilatları, kredit tarixçəsinin subyekti, müvafiq qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə, istintaq və təhqiqat orqanları, məcburi icra orqanı, əməliyyat-axtarış fəaliyyətinin subyektləri, nəzarət orqanı (kredit tarixçəsi subyektinin nəzarət orqanına daxil olmuş şikayətin araşdırılması üçün), notariuslar (borc müqavilələrin, vəsiyyətnamələrin təsdiqi və vərəsəlik işləri üzrə), kredit tarixçəsi subyektinin vərəsələri (varisləri). Sadalananlar istisna olmaqla kredit tarixçəsini təşkil edən məlumatın üçüncü şəxslərə açmamaq qanunla qadağandır. Buna baxmayaraq, “Optimal electronics” gizli əlaqələrdən istifadə etməklə vətəndaşlar barədə kütləvi şəkildə belə informasiyaları əldə edir və bu işdə bəzi bankların əməkdaşlarının da rolu var.
Bir müddət əvvələdək bank sektorunda çalışmış şəxslərdən biri Finans.az-a deyib ki, “Optimal electronics” və bank əməkdaşları arasındakı münasibətlər qanunsuz əsaslarla və müəyyən maraqlar qarşılısında qurulur. Belə ki, bank əməkdaşı maddi marağı üçün Mərkəzləşdirilmiş Kredit Reyestrindəki məlumatları uçucu tərəfə – “Optimal electronics”ə ötürür, bununla da ciddi qanun pozuntusuna yol verir.

Mövzu ilə bağlı araşdırmamız davam edəcək.

Finans.az
“Optimal electronics”ə məxfi kredit tarixçələrini hansı bank ötürür? – FOTOFAKT
“Optimal electronics”ə məxfi kredit tarixçələrini hansı bank ötürür? – FOTOFAKT
Geri qayıt