Heydər Əliyev adına liseydə direktor Sevinc Orucovadan ŞİKAYƏT - VİDEO

Heydər Əliyev adına liseydə direktor Sevinc Orucovadan ŞİKAYƏT - VİDEO Heydər Əliyev adına liseyin ingilis dili fənnini tədris edən Sevinc Məhərrəmovanın hüquqları lisey rəhbərliyi tərəfindən hüquqları kobud surətdə pozulmaqdadır.
S. Məhrrəmova hüquqlarının pozulmasının müəllim həmkarı Natəvan Daşdəmirovanın işdən çıxarılması ilə bağlı tərtib edilən akta imza atmaması ilə bağlıdır.
S. Məhərrəmova deyib ki, N. Daşdəmirovanın işdən çıxmasına imza atmadıqdan sonra məktəb rəhbərliyi, şəxsən lisey direktoru Sevinc Orucova tərəfindən hüquqları pozulmağa başlayıb. “İlk olaraq dərs saatım 6 saat, daha sonra isə 4 saat azaldıldı. Əgər əvvəl 300 manat alırdımsa, indi dərs saatlarının azaldılması nəticəsində 95 manat alıram. Səbəbini soruşduqda isə bunu N. Daşdəmirovanı müdafiə etməyimlə bağlı olduğunu bildirdilər”- deyə, S. Məhərrmova bildirib.

Gununsesi.info
Geri qayıt