Sankt-Peterburqdakı Baş konsulumuz «DQR»ın atlas-xəritəsindən niyə xəbərsizdir? - ŞOK FOTOLAR

Sankt-Peterburqdakı Baş konsulumuz «DQR»ın atlas-xəritəsindən niyə xəbərsizdir? - ŞOK FOTOLAR Rusiyanın ikinci böyük şəhərində buraxılmış «Dünya ölkələrinin Böyük ensiklopedik illyustrativ xəritəsi»ndə Rusiyanın belə ərazi bütövlüyünü tanıdığı Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisi «Dağlıq Qarabağ Respublikası» kimi təqdim olunub…
…Azərbaycanın məşhur xalq nağıllarından olan «Cırtdan»da belə bir epizod var:
Div: «Kim yatıb, kim oyaq?»
Cırtdan: «Hamı yatıb, cırtdan oyaq…».
Sözümüzün mətləbi var: Moskvada yaşayan dəyərli soydaşlarımızdan biri Həşim Əliyev «Təzadlar»a olduqca maraqlı bir material göndərib. Fotoşəkillərini təqdim edirik və görəcəksiniz ki, erməni təxribatı daimidir, sadəcə, biz «Cırtdan» nağılında deyildiyi kimi, yatmamalı, daim oyaq olmalıyıq.
Budur, 2015-ci ildə Sankt-Peterburqda S.Radelov adlı bir yaramazın redaktorluğu ilə «Bolşaya illyustrirovannaya ensiklopediya Stranı Mira Politiçeskiye i fiziçeskiye kartı» adlı nəşr işıq üzü görüb. Bələdçilik mahiyyətli bu nəşrdə dünya ölkələrinin tarixi, dövlət atributu və s. məlumatları yer alıb. Və burada diqqətimizi Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisi cəlb edir. Bu yaramaz S.Radelov 1828-ci ildə İrandan və Türkiyədən köçürülmüş ermənilərin sığınacaq verdiyimiz ərazilərimizi indi «Dağlıq Qarabağ Respublikası» adlandırır. Və «DQR» barədə məlumat bölməsində isə bu qondarma dövlətin tarixi vəsf olunur, ermənilərin burada tarixi məskunlaşması, hətta xüsusi vurğu ilə xristian olması, vaxtilə müsəlman Azərbaycanın tərkibinə verilməsi və s. kimi dolaşıq, saxtalaşdırılmış məlumatlar oxucuya çatdırılır.

Azərbaycanın Rusiyadakı Səfirliyinin, yaxud Sankt-Peterburqdakı konsulunun «DQR»ın bu atlas-xəritəsindən niyə xəbəri yoxdur?

Bəli, sözümüz erməni düşüncəli S.Radelova yox, Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımovadır: cənab baş konsul, fəaliyyət göstərdiyiniz bu şəhərdə 2015-ci ildə böyük tirajla çap olunmuş böyük atlas-xəritədən niyə xəbəriniz olmayıb? Yaxud, olubsa, hansı tədbir görmüsünüz? Axı, yaşadığınız Rusiya dövləti birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, qonşuluq və qardaşlıq münasibətlərimiz birmənalıdır. Lakin bu dövlətin ikinci ən böyük şəhərində Rusiyanın dostu olan bir dövlətə-Azərbaycana qarşı belə bir təxribata necə yol vermək olardı???
Hələ də gec deyil: təqdim etdiyimiz fotoşəkillərdə həmin saxta məlumatlı atlasın buraxılışına məsul olan S.Radelovun və nəşrin telefon nömrələri var, zəng edib bu S.Radelovun və onu yoldan çıxaranların abrını ətəyinə bükmək, nəşrdəki bu saxtakarlığa təkzib verdirmək lazımdır. Buyurun, fakt bizdən, tədbir görmək sizdən!
***
Rusiyada yaşayan dəyərli soydaşlarımızı da fəallığa çağırırıq. Bu dövlətdə nəşr olunan və çapında erməni barmağı olan nəşrlərə rast gələndə dərhal Rusyadakı Səfirliyimizə, yaxud konsulluğumuza, buna da əliniz və səsiniz çatmayanda Azərbaycan KİV-lərinə məlumat verin. Çünki belə təxribatlar həmişə olub və olacaq. Lakin bizlərin borcu belə təxribatların qarşısının alınmasında xüsusilə fəal olmaqdır.

tezadlar.az
Sankt-Peterburqdakı Baş konsulumuz «DQR»ın atlas-xəritəsindən niyə xəbərsizdir? - ŞOK FOTOLAR
Sankt-Peterburqdakı Baş konsulumuz «DQR»ın atlas-xəritəsindən niyə xəbərsizdir? - ŞOK FOTOLAR
Sankt-Peterburqdakı Baş konsulumuz «DQR»ın atlas-xəritəsindən niyə xəbərsizdir? - ŞOK FOTOLAR
Sankt-Peterburqdakı Baş konsulumuz «DQR»ın atlas-xəritəsindən niyə xəbərsizdir? - ŞOK FOTOLAR
Geri qayıt