Sumqayıtda analoqu olmayan səki - FOTO

Sumqayıtda analoqu olmayan səki - FOTO Sumqayıt şəhərində Heydər Əliyev parkına gedən yolda piyadalar üçün qəribə səki inşa edilib.

Şəhər sakinlərinin xalqxeber.az-a verdiyi məlumata görə, Zülfi Hacıyev küçəsində, Heydər Əliyev parkına gedən piyada yolunun girişində qəribə səki salınıb. Sakinlər bildiriblər ki, sözügedən səkiyə çıxmaq nəinki qocalar, uşaqlar, fiziki imkanları məhdud şəxslər, hətta sağlam gənclər üçün də çətindir.

“Səki uzun müddətdir salınıb, lakin oradan keçib getmək çox çətin olduğuna görə hamı yolunu dəyişir. Gördüyünüz kimi, həmin hissədə piyada zolağı var. Lakin səki hündür olduğu üçün camaat yolu keçmək istəyəndə piyada zolağından yox, başqa tərəfdən keçir. Bu da əlavə problemlərə səbəb olur, parka gedən yolda uşaqlara təhlükə yaradır”, - sakinlər deyiblər.

Qeyd edək ki, standartlara görə, yol kənarında inşa edilən səkinin hündürlüyü yerdən 10 sm-ə qədər olmalıdır. Ancaq Sumqayıtda salınan bu səkinin hündürlüyü 40-50 santimetrə çatır.
Sumqayıtda analoqu olmayan səki - FOTO
Sumqayıtda analoqu olmayan səki - FOTO
Sumqayıtda analoqu olmayan səki - FOTO
Sumqayıtda analoqu olmayan səki - FOTO
Geri qayıt