Şeyxin qızı klinika açıb

Şeyxin qızı klinika açıb Vergilər Nazirliyi "Zəhra Clinic" MMC-ni dövlət qeydiyyatına alıb.

"Vergilər" qəzetinin xüsusi buraxılışına istinadən xəbər veririk ki, MMC-nin nizamnamə kapitalı 100 manatdır.

Klinikanın qanuni təmsilçisi Paşazadə Vəfa Allahşükür qızıdır.

MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küçəsi, ev 13, mənzil 111-dir.

Qeyd edək ki, Vəfa Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qızıdır.
Geri qayıt