Mərkəzi Dəmir Yol Xəstəxanasında BİABIRÇILIQ

Mərkəzi Dəmir Yol Xəstəxanasında BİABIRÇILIQ Mərkəzi Dəmir Yol Xəstəxanası ilə bağlı maraqlı məlumat daxil olub.

Belə ki, xəstəxananın daxilində baş verən xoşagəlməz olaylar həkim kollektivinin işgüzar nüfüzüna böyük xələl gətirib. Mənbənin verdiyi məlumatlara görə, Mərkəzi Dəmir Yol Xəstəxanasının keçmiş baş həkimi Adil Tağıyev hər zaman tabeçiliyində olan həkim kollektivinə qarşı diqqətli olub. Lakin A. Tağıyev işdən azad olunandan sonra xəstəxanada bəzi neqativ hallar baş verib. Hadisələr baş həkimin yerinə təyin olunan Müşviq Mirzəyevdən sonra yaşanıb. Adı hallanan şəxs Mərkəzi Dəmir Yol Xəstəxanasına baş həkim gələr-gəlməz ixtisarlara start götürüb.
Buda baş həkimə qazanc əldə etmək üçün bir şansdır. Baş həkim üzün illər həkimlik fəaliyyəti ilə ad qazanan ali dərəcəli həkimləri işdən azad edərək xəstəxanada narazılıqlar yaradıb. Həkimlər iddia edirlər ki, M.Mirzəyev rüşvət müqabilində GDU-nun müəllim fakultəsini bitirmiş xanımı şöbə müdür təyin edib. Xəstəxanadan sızan məlumatlara görə, baş həkim kollektivlə qeyri-etik davranır. Bu barədə dəqiq araşdırmalardan sonra geniş məlumat veriləcək.
Əldə etdiyimiz son məlumatlara görə, Mərkəzi Dəmir Yol Xəstəxanasından 10-a yaxın iş təcrübəsi olan həkimlər xəstəxanadan uzaqlaşdırılıb. Əslində, həkimlərin kütlə şəkilində işdən azad edilməsi heç bir halda qəbul edilməz. Ən azından alı dərəcəli ixtisas savadına sahib olmuş həkim işdən azad olunur, müəllimlik fakultəsini bitirmiş diploma sahib olan şəxs isə işlə təmin olunur. Həkimlik ixtisası olmayan şəxs hansı haqla xəstəxanada çalışa bilər?
Məlum məsələdir ki, baş həkim qazanc əldə etmək məqsədi ilə bu addımı atıb. Digər bir məlumatda isə vurğulanır ki, dövlət statusu olmayan Loğman Tibb Kollecinin akkuşəkarlığı bitirmiş xanım şöbə müdüri təyin edilib. Xanım şöbə müdüri vəzifəsindən sui istifadə edərək xəstəxanaya gələn xəstələri özünə məxsus olan Yasamal rayonunda yerləşən “Mediplus” tibb mərkəzinə yola salır. Əlbətdə ki, baş həkimə gələn qazancın faizi çatmalıdır.
Bildirmək istəyirik ki, Mərkəzi Dəmir Yol Xəstəxanasında baş verən hadisələrlə bağlı Səhiyyə Naziri Oktay Şirəliyevə rəsmi məktub ünvanlanacaq. Əgər nazirlik yazdıqlarımızı təkzib edərsə deməli, bütün hadisələr Səhiyyə Nazirliyi ilə razılaşdırılıb. Yox, əgər nazirlik Mərkəzi Dəmir Yol Xəstəxanasında baş verən biabırçılıqlardan məlumatsızdırlarsa deməli, başda Oktay Şirəliyev olmaqla bütün nazirlik işin öhtəsindən gələ bilmir. Bu istiqamətdə araşdırmalarımız davam edir. Bizi izləməyi unutmayın.

Dosye.org
Geri qayıt