Fövqəladə və səlahiyyətli səfir Fəxrəddin Qurbanovun mənzili işbazların qurbanına çevrilib - FOTOLAR

Fövqəladə və səlahiyyətli səfir Fəxrəddin Qurbanovun mənzili işbazların qurbanına çevrilib - FOTOLAR Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin İsa oğlu Qurbanovun mülkünə qarşı təcavüzkar mövqe sərgilənib. Bir neçə gündür apardığımız araşdırma nəticəsində Binəqədi rayon Goradil kənd ərazisində Fövqəladə səfirimizin ana vətənda qoyubda xaricdə Azərbaycanı mövqeyini qoruduğu dönəmdə onun mülkünün dağılması üçün şərait yaradılıb.
Daxil olan ərazi sakinlərinin şikayətindən sonra aparılan araşdırmalardan məlum olub ki, Goradil kəndində bir necə ərazidə müşahidə etdiyimiz mənzərə heçdə ürək açan olmayıb. Kəndin dəniz kənarında yerləşməsi onun ərazisinin dəniz kənarı qum örtüyünün olması həmçinin onun müalicəvi əhəmiyyəti turuzimin inkişafınada böyük təkan verməkdədir. Azərbaycanın iqtisadi inkişafında rolu olan dəniz kənarı istirahət zolağının bir sıra dələduzlar tərəfindən şəxsi mraqlara qurban verilməsi hallı açıq aşkar müşahidə edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin razılığı olmadan Binəqədi rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsinin razılığı ilə həyata keçirildiyi iddia edilən ərazi tamamilə məhv edilib.
Binəqədi rayonu ilə Abşeron rayonunu birləşdirən Goradil kəndinin qum örtüyü talan edilib. Ərazidə yaşayan sakinləri aldadan işbazlar ərazini qazmalarının səbəbini isə guya yeni binanın tikintisi üçün qazmaları göstərişini aldıqlarını qeyd ediblər. Qum örtüyünu tamamilə daşıdıqdan sonra qeyb olan işbazların həmin ərazi örtük qatını daşıyaraq Abşeron ərazisinə topalayıblar. Binəqədi rayon ərazisindən Abşeron ərazisinə daşınan qumun icazəsini isə Binəqədi rayon icra hakimiyyətindəki işbazlardan alındığı qeyd edilib. Bir çox dövlət qurumların əraziyə çağıran sakinlər onları dayandırmaq əvəzinə onlardan rüşvət alaraq işləmələrinə şərait yaradıldığını qeyd ediblər. Binəqədi rayon Goradil kənd sakinləri Binəqədi rayon Polis idarəsinə həmçinin Abşeron rayon ərazi polisinə şikayət etmələrinə baxmayaraq hadisə yerinə gələn polis əməkdaşlarının heç bir tədbir görməmələrindən şikayətləniblər. Hal-hazırda yaşayış mənzilərinin qəzalı hala salınmasında müqəsir olan şəxslərin dövlət qurumları tərəfindən cəzalandırılmamalarının səbəbinin nə olduğunu sual edirlər.
Ölkə rəhbərinin etimadını doğrultmaq üçün vətəndən evindən ayrı düşən Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin İsa oğlu Qurbanovun mülkünündə qəzalı hala salınması görünür dövlət qurumlarının gözündən yayınıb. Ölkədən kənarda olan diplomatın məzilinə qarşı edilən hörmətsizlik və təxribat xarakterli əməllərin tezliklə aşkarlanaraq səbəbkarlarının məsuliyyətə cəlb ediləcəyini güman edirik.
Qeyd edək ki, 08.12.2017-ci il tarixində Prezident İlham Əliyev Fəxrəddin İsa oğlu Qurbanovun Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Mövzu diqqətimizdədir. Bizi izləməyi unutmayın.
Araşdırmamız davam edir Məsələ ilə bağlı Binəqədi rayon icra hakimiyyətinin səlahiyyətli şəxslərinin və Binəqədi rayon polis idarəsinin rəhbərinin mövqeyini dinləyib dərc etməyə hazırıq.

Hadisə yerindən fotoları sizlərə təqdim edirik:

Xalq.info

Geri qayıt