Nərimanov rayonunda "Gənclərin natiqlik bacarıqlarının inkişafı" layihəsinin açılış mərasimi keçirilib

Nərimanov rayonunda "Gənclərin natiqlik bacarıqlarının inkişafı" layihəsinin açılış mərasimi keçirilib 20 dekabr 2017-ci il tarixdə Bakı Biznes və Kooperasiya Kollecində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Gənclərin Sahibkarlıq Modeli” layihəsinin açılış mərasimi və ilk təlimi keçirilib.

Açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi, layihə rəhbəri Vüsal Ömərov, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin nümayəndəsi Röya Rzayeva, Bakı Biznes və Kooperasiya Kollecin Tələbə-Gənclər Təşkilatının sədri İradə Omarova, Demokratik İslahatlar Partiyasının humanitar məsələləri üzrə müşaviri, təlimçi Rövşən Nəcəfov və 40 nəfər gənc iştirak etmişlər.

İlk öncə qonaqları salamlayan Bakı Biznes və Kooperasiya Kollecin Tələbə - Gənclər Təşkilatının sədri İradə Omarova tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışdı.

Sonra layihə rəhbəri Vüsal Ömərov layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi liderlərin üzə çıxarılması və gənclərdə liderlik, natiqlik, sərbəst fikrini ifadə etmə, fərdi inkişaf, kütlə qarşısında çıxış kimi vərdişləri inkişaf etdirilməsindən ibarətdir. Əsas vəzifələr sürətlə inkişaf edən, dünyada öz sözünü deməyə qadir bir ölkə olan Azərbaycan gənclərinin daha çox önəm daşımaları, cəmiyyətdə gedən proseslərdə gənclərin iştirakının və maraqlarının təmin edilməsi son dərəcə vacib məsələlərdən olması və gənclərin bu sahəyə marağını artıraraq onlara natiqliyin sirrlərini öyrətmək, natiq kimi inkişaflarını təmin etmək məqsədiilə çox vacib nüansları öyrətməkdir. V.Ömərov qeyd etdi ki, tarixi qaynaqlardan məlum olur ki, lap qədim zamanlardan məzmunlu, aydın, yığcam, təsirli nitqə malik olan adamlar cəmiyyət tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Nitqin gözəlliyi və ona sahib olmağın yolları böyük şəxsiyyətlərin daima diqqəti mərkəzində olmuşdur.

Daha sonra çıxış edən "Yeni Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin nümayəndəsi Röya Rzayeva gəncləri salamladı, layihə rəhbəri Vüsal Ömərova işlərində uğurlar arzuladı və qeyd etdi ki, natiqlik bacarıqlarının inkişafı, onların kütlə qarşısında çıxışının,natiqlik bacarıqlarının inkişaf etdirilməsinin, öz fikrini sərbəst və məntiqli ifadə edə bilən gənc nəslin formalaşdırılmasının təmin edilməsi istiqamətində keçirilən təlimlər yeniyetmə və gənclər maarifləndirilir.

Qeyd edilən sahə üzrə təlimçi kimi dəvət olunmuş Demokratik İslahatlar Partiyasının humanitar məsələləri üzrə müşaviri Rövşən Nəcəfov çıxış edərək bildirmişdir ki, el gözü tərəzidir. Həmişə yaxşını pisdən ayırmağı bacarır. Xüsusilə də geniş dünyagörüşü, zövqü olan adamlara hər şeyi zorla qəbul etdirmək mümkün deyil! İnsanların ürəyinə yol tapmaq üçün gərək elə söz seçib, elə ifadə işlədəsən ki, sənə qulaq asa, söylədiyindən nəticə çıxara bilsinlər. R.Nəcəfov qeyd etdi ki, müxtəlif məclislərdə, toplantılarda, yubiley gecələrində, təqdimat mərasimlərində, bayram və şənliklərdə çıxış etmək, qulaq asanların diqqətini cəlb etmək, yadda qalmaq həqiqətən çox çətindir. Bəzən ayrılan müddət ərzində elə sözləri, cümlələri, fikri tapıb işlətməlisən ki, həm vaxta qənaət olsun, həm də danışığın mənalı və məntiqli alınsın. Əlbəttə, bu, o qədər də asan məsələ deyil. Söz sarıdan yükünü necə tutasan ki, ətrafını bezdirməyəsən. Bunun üçün mütaliən geniş olmalıdır, müzakirəyə çəkilən hər hansı mövzu haqqında dərin biliyə malik olmalısan. Bu mənada əvvəlcədən çıxışa hazır olmalısan. Doğrudur, qəflətən də səni hansısa bir mövzu barədə danışmağa dəvət edə bilərlər. Buna görə də sözünü, cümləni elə qurmalısan ki, gülüş hədəfi olmayasan, istehza ilə qarşılanmayasan.

Sonda təlimçi tərəfindən gəncləri maraqlandıran suallar cavablandırıldı.
Nərimanov rayonunda "Gənclərin natiqlik bacarıqlarının inkişafı" layihəsinin açılış mərasimi keçirilib
Nərimanov rayonunda "Gənclərin natiqlik bacarıqlarının inkişafı" layihəsinin açılış mərasimi keçirilib
Geri qayıt