Bu gün Azərbaycana qış gəlir
Bu gün Azərbaycanda Bakı vaxtı ilə saat 20:27-də qış fəsli başlayacaq.
Məlumata görə, bu gün Yer Qış Günəş duruşu nöqtəsindən keçəcək. Bundan sonra Yerin şimal yarımkürəsində şimal hissəyə xarakterik olan qış fəsli başlayacaq.
AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikaylov bildirib ki, bundan sonra artıq günlər uzanmağa başlayacaq: "Yer Qış Günəş duruşundan keçdikdən sonra günlər uzanacaq, gecələr qısalacaq. Dekabrın 21-i isə ilin ən qısa gündüzü və ən uzun gecəsi olacaq”.
Geri qayıtMəlumata görə, bu gün Yer Qış Günəş duruşu nöqtəsindən keçəcək. Bundan sonra Yerin şimal yarımkürəsində şimal hissəyə xarakterik olan qış fəsli başlayacaq.