Əvəz Zeynallı sərbəst buraxıldı

Əvəz Zeynallı sərbəst buraxıldı Bu gün Binəqədi rayon məhkəməsində jurnalist Əvəz Zeynallının məhkəməsi keçirilib.

xalqxeber.az-ın verdiyi xəbərə görə, məhkəmənin qərarı ilə Ə.Zeynallı 200 manat cərimə edilərək sərbəst buraxılıb.

Məlumata görə, Ə.Zeynallı Binəqədi şosesinin necə bağlanması barədə çəkiliş aparan zaman polis əməkdaşları ondan çəkilişi dayandırmağı tələb ediblər. Jurnalist polis əməkdaşlarının tələblərini yerinə yetirməkdən imtina edib. Bundan sonra Ə.Zeynallı saxlanılıb və 4-cü Polis Bölməsinə aparılıb.
Geri qayıt