Bərdədə baş verən ana ölümü ilə bağlı cinayət işi başlandı
Bərdə rayonunda baş verən ana ölümü ilə bağlı cinayət işi başlanılıbBu barədə Bərdə Rayon Prokurorluğundan məlumat verilib.
Məlumatda bildirilir ki, baş vermiş ölüm hadisəsi ilə bağlı prokurorluqda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
