Üç ilə 3 nəfər öldürən klinika: “Grand Hospital” qəssabxanaya çevrilir

Üç ilə 3 nəfər öldürən klinika: “Grand Hospital” qəssabxanaya çevrilir Bir ay içində Bakının ən məşhur özəl klinikalarından olan “Grand Hospital”da ikinci ölüm hadisəsi baş verib
Bu, klinikanın 3 illik fəaliyyətində 3-cü ölüm faktıdır.
“Grand Hospital” getdikcə qəssabxanaya çevrilməkdədir.
Sözügedən özəl klinikada ürəyindən əməliyyat olunan 1962-ci il təvəllüdlü Nurağa Qasımov dünyasını dəyişib.
Onun əməliyyatdan sonra öldüyü bildirilib. Cəmi 14 gün əvvəl də “Grand Hospital” klinikasında ölüm hadisəsi baş vermişdi.
Gözündən əməliyyat olunan 20 yaşlı Ayşən Mirzəyeva "Grand Hospital” klinikasının həkiminin səhlənkarlığı və qeyri-peşəkarlığı ucbatından əməliyyat zamanı komaya düşmüşdü. Beş gün komada qaldıqdan sonra isə dünyasını dəyişmişdi.
Əməliyyatı həyata keçirən invaziv radioloq İlqar Hüseynovun hadisədən özünü qismən günahkar bilsə də, sırf onun əməliyyat zamanı gözdəki damarın bağlanması üçün istifadə etdiyi alətin beyinə girməsi nəticəsində bədbəxt hadisə yaşanmışdı.
Lakin bir ay ərzində baş verən iki ölüm hadisəsi “Grand Hospital”da baş verən ilk belə hadisə deyil.
Belə ki, ötən ilin 24 iyun tarixində də qaraciyərində yaranmış problemə görə “Grand Hospital”a müraciət edən Zaur Ağayev xəstəxanada edilən ilkin müayinədən sonra vəfat etmişdi.
Cəmi 3 ildir fəaliyyət göstərən klinikada 2 il ərzində 3 ölüm hadisəsinin baş verməsi heç də yaxşı nümunə deyil. Lakin baş vermiş hadisələrə görə nüfuzu zədələnən klinikanın hələlik fəaliyyəti davam edir.
Fəaliyyətə başladığı 3 il ərzində 3 dəfə həkim personalı rəhbərlik tərəfindən qovulmuş "Grand Hospital”da yenə də tibbi personal arasında gərginlik qalmaqdadır. Burada yerli həkimlər türkiyəli həkimlərin "ayağına verilir”.
Yüksək maaş və şərtlərlə işə dəvət olunmuş türk həkimlərlə müqayisədə Azərbaycanlı həkimlər ağir şərtlər altında "qəpik-quruş”a işləməyə məcbur edilir.
Yaranmış vəziyyətə etiraz edən həkimlərə isə rəhbərlik tərəfindən qapı göstərilir. Bu müddət ərzində heç bir ciddi tibbi uğura imza atmayan klinikanın bağlanmasının vaxtı yetiib.
Dünyada gedən iqtisadi böhranın fonunda ölkədə baş vermiş devalvasiyaya görə, heç bir sosial kampaniya aparmayan "Grand Hospital”-ın əsas məqsədi ancaq çoxlu pul qazanmaqdır. Nəticə də göz qabağında 1 ayda 2 nəfər ölüb.
Hələ onu demirik ki, bu tibbi müəssisədə müayinələrin qiyməti Avropa ölkələrindən bahadır.
Nurlan Mirəliyev adlı şikayətçinin sözlərinə görə, BİT klinikasında körpənin nəcisdən analizi verilib və nəticə olaraq bağırsaqlarında “steflakoz” adlı mikrob aşkarlanaraq müalicə olunub:
“Oktyabr ayında yenidən bir daha “Grand Hospital”da analiz verdik. Bura gəlməyimizə səbəb isə bu tibb ocağının telekanallardakı reklamda geniş səviyyədə təbliğatı oldu.
Bu analizin nəticələrində də yazıldı ki, heç bir mikrob aşkarlanmayıb. Amma nəticələrin müsbət olmasına baxmayaraq, Zöhrənin daima 39-40 dərəcə qızdırması olurdu. Hər dəfə həyəcanlı şəkildə təcili yardım maşını çağırıb onun həyatını xilas edirdik.
Bütün bunlardan sonra Zöhrənin səhhəti ilə bağlı bizdə şübhələr oyandı. Yenidən başqa tibb müəssisəsində analiz verməyi qərara aldıq və noyabrın 18-də “Ultra Med” klinikasında nəcisin analizini verdik və nəticədə “steflakoz” deyilən mikrob aşkar edildi”.
Nurlan Mirəliyev hesab edir ki, “Grand Hospital” bu müddətdə balaca Zöhrənin həyatı ilə oynayıb: “Bu labaratoriyanın günahıdır, ya həkimin deyə bilmərəm.
Amma ad sözügedən hospitaldır. 10 aylıq körpəni 40 dərəcəli qızdırmayla riskə atmağın cavabını kimsə verməlidir. Səhiyyə Nazirliyi hara baxır?”, – deyə Nurlan Mirəliyev sual etmişdi.
Geri qayıt