AAAF Park-da işıq və su yoxdur - ŞİKAYƏT
Xırdalanda yerləşən AAAF Park yaşayış kompleksində problemlər davam edir. “Qafqazinfo” xəbər verir ki, artıq bir neçə saatdır kompleksin sakinlərinin çoxu işıq və su üzünə həsrətdirlər.
Sakinlərə 2-3 saata elektrik enerjisinin veriləcəyi deyilsə də, hələ də məsələ yoluna qoyulmayıb. Bəzi binalarda elektrik enerjisinin verilməsi bərpa olunsa da, bir neçə binada problem həll edilməyib.
