Heydər Əliyevin əkdiyi ağacları kəsən məhkəmə sədrini cəzalandıracaqlar

Heydər Əliyevin əkdiyi ağacları kəsən məhkəmə sədrini cəzalandıracaqlar Paytaxtın Nizami rayonunda mərhum prezident Heydər Əliyevin əkdiyi ağacları kəsənlərin kimliyi üzə çıxıb. AzEuroNews.com–un məlumatına görə, Qara Qarayev prospekti 108 saylı binanın qarşısında kəsilən yaşıllıqların sifarişçiləri yüksək vəzifəli məmurlardır. Onların sırasında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinin əməkdaşı Vüqar Məmmədov, atası İlham Məmmədov və onun qudası Sumqayıt Şəhər İnzibati-İqtisad məhkəməsinin sədri İslam Əliyev də var.

Ancaq İ.Məmmədovun bu işdə tək şəriki prokurorluqda işləyən oğlu və qudası İslam Əliyev deyil.

Məlumata görə, ağac qətliamı gündəmə gəldikdən sonra məsələ nəzarətə götürülüb və yaxın günlərdə Sumqayıt Şəhər İnzibati-İqtisad məhkəməsinin sədri İslam Əliyev cəzalandırılacaq.
İ.Əliyev Sumqayıt Şəhər İnzibati-İqtisad məhkəməsinin sədridir. Bunu İ.Məmmədov yaxın çevrəsində etdiyi söhbətlərdə çəkinmədən və güvənərək açıqlayıb. İ.Əliyev Ali Məhkəmənin hakimi olub və ötən ilin martında bu vəzifəyə təyin edilib. Yəni, prezident İlham Əliyevin xeyir-duası ilə məhkəmə sədri təyin olunan İ.Əliyev hazırda dövlət başçısının atası, mərhum prezident Heydər Əliyevin vaxtilə əkdiyi ağacları kökündən qopardıb.
Hazırda ərazidə obyekt tikintisi dayandırılıb. Paralele olaraq “İDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə respublikanın bir çox yerində ağacəkmə kampaniyaları həyata keçirilir. Məhkəmə sədri L.Əliyevanın ekoloji layihəsinə qarşı gedərək Q.Qarayev 108 saylı binanın qarşısında təbiətə qənim kəsilib, onun mərhum babasının əkdiyi yaşıllıqlara “divan tutub”.
Yada salaq ki, həmin ərazinin sahibi olan “Ümid” Elmi İstehsalat Kommersiya Assosasiyasının (EİKA) nümayəndəsi Faiq Nəcəfov bildirib ki, oktyabrın 21-də prezident İlham Əliyevə, ədliyyə naziri Fikrət Məmmədova, baş prokuror Zakir Qaralova, Bakı şəhər icra hakimiyətinin başçısı Hacıbala Abutalıbova və Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımova müraciət ünvanlayıblar.
Bundan başqa ekologiya naziri Hüseynqulu Bağırova müraciət ediblər ki, ərazidən çıxarılan 70 ədəd ağac yenidən əraziyə qaytarılsın. “O ağaclar Heydər Əliyev tərəfindən əkildiyi üçün bizə çox əziz və müqəddəsdir” –deyə müraciətdə qeyd olunub.
F.Nəcəfov tələb edir ki, təcili olaraq ağaclar yerinə bərpa olunsun, hasarlar sökülsün, sakinlər əvvəlki kimi ordan rahat istifadə etsinlər, bu işdə günahı olan şəxslər məsuliyyətə cəlb olunsun.
Geri qayıt