Hərbi məhkəmələrin səlahiyyətləri artırılır

Hərbi məhkəmələrin səlahiyyətləri artırılır Azərbaycanda hərbi məhkəmələrin səlahiyyətləri artırılır.

Bununla bağlı “Məhkəmələr və hakimlər haqqında” qanunun 31-ci (Hərbi məhkəmə və onun səlahiyyətləri) maddəsinə əlavələr təklif edilir.

Təklifə əsasən, hərbi məhkəmə birinci instansiya məhkəməsi kimi inzibati xətalara dair işlərə də baxa biləcək.

Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Geri qayıt