Şuşa şəhərciyində nə baş verir – Birinci Vitse-prezidentin səfərindən sonra ərazi necə satışa çıxarıldı?

Şuşa şəhərciyində nə baş verir – Birinci Vitse-prezidentin səfərindən sonra ərazi necə satışa çıxarıldı? Qeyd edək ki, qısa zaman öncə məcburi köçkünlər üçün yeni inşa edilmiş lahiyələrə baxış keçirən birinci Vitse-prezident Mehriban Əliyeva Şuşa şəhərciyində olub. Mehriban xanım Əliyevanın səfəri zamanı bəzi qanunsuzluqlar aradan qaldırılaraq hətta şəhərciyin ərazisində qanunsuz tikililər belə dərhal sökülərək sahə düzəldilmişdir. Həmin söküntüərdən sonra Mehriban Əliyevanın ərazini tərk etməsindən sonra ərazi satışa çıxarılıb. Bunda isə əsas rolu oynayan şəxs Pərviz adlı JEK müdiridir. Pərviz Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun kürəkənidir.
Əli Həsənovla Bayram Səfərovun medianın gündəmini zəbt etməsi artıq bir hobbi hal alması müşahidə edilməkdədir. Belə ki, qısa müddət əvvəl Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərova məxsus olduğu iddia edilən “Leyla PALACE” şadlıq evində aldadılan dekor quraşdıran şəxslərin məlumatları mediada dərc edilmişdir. Bununla bağlı heç bir addım atmayan Bayram Səfərov vətəndaşın haqqını ödəməyən icarəçisi Əfqan adlı şəxsə göstəriş verəcəyini deməsinə baxmayaraq bu günə qədər fəhlələrin 4200 manat məbləğində pul ödənilməməsidə reall faktlardandır.
Əli Həsənovun nəvəsinin törətdiyi və iki nəfərin ölümünə səbəb olan avtoqəzanın isə hələdə gündəm mövzusu olduğu bir dönəmdə buna yenisi əlavə edildi ki, buda ŞUŞA şəhərciyin ərazisinin qanunsuz olaraq 1 sotunun məhz 5-6 min manatdan satışa çıxarılması oldu. Şuşa icra başçısı və Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənovun tabeçiliklərində olan ərazilərə nəzarətin tamamilə olmaması ilə gündəm mövzusuna çevriliblər.
Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin balansında olan Şuşa şəhərciyinin ərazisini qanunsuz olaraq zəbt edərək daha sonra onun alqı-satqı edənlərin Şuşa rayon icra hakimiyyətinin başçısının kürəkəni ilə əlbir olduqları da qeyd edilməkdədir. Şuşa rayon İH başçısının kürəkəni olan Mənzil İstismar Sahə (JEK) rəisi Pərviz adlı şəxsin bir sıra şəxslərlə əlbir olaraq məcburi köçkünlərə məxsus ərazini satılmasına göz yumaqdadır. Məqsəd isə yalnız bir nüansdan ibarət olduğu üçün hər şey tamamilə bəlidir!...
Bir müddət əvvəl xəbər vermişdik ki, Şuşa şəhərciyində bir sıra işbazlar tərəfindən, məcburi köçkünlər üçün ayrılan ərazidə qeyri-qanuni torpaq alqı-satqısı reallaşdırılır. Bu fəaliyyətin isə məhz qanunsuz olaraq boş ərazini zəbt edən şəxslər tərəfindən şəhərciyə girişin bağlanmasına səbəb olmaqdadır. Ərazi zəbt edən işbazlar bununlada kifayətlənməyərək, qanunsuz yiyələndikləri boş sahəni satışa çıxarmağada özlərində hünər tapıblar. Bakunews.az etibarlı mənbələrdən verilən məlumatda bildirilir ki, Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram Səfərovun kürəkəni şəhərciyin Mənzil İstismar Sahəsinin (MİS) müdiridir. Hərkəsə məlum olduğu kimi İcra hakimiyyətinin razılığı olmadan hər hansı bir ərazinin alqı-satqı edilməsi o cümlədən orda hansısa tikintinin aparılması qeyri mümkün olan haldır. Bayram Səfərovun kürəkəni olan MİS-nin rəhbərinə edilən şikayətlərə baxmayaraq buna məhəl verəndə yoxdur. MİS-nin müdiri qeyd edib ki, zəbt olunan ərazi həqiqətəndə onlara məxsusdur amma bununla bağlı heç bir addım ata bilmir. Yəni vəziyyət elə gətirib ki, nə icra başçısı nə də onun yaxın qohumu sayılan idarə rəhbəri zəbt edilmiş ərazinin boşaldılmasına cəhd belə edə bilmirlər. Aparılan araşdırmalar nəticəsində etibarlı mənbələrin verdiyi məlumatda isə qeyd edilir ki, məhz ərazini qanunsuz zəbt edən şəxslər elə MİS rəisi Pərviz müəllimlə əlbir olaraq əhalinin RAMANA qəsəbəsinə gedən hissəsinin bağlanmasına müvəfəq olublar.

Mövzu diqqətimizdədir!

BakuNews.Az

Yazıda adları qeyd edilən şəxslərin mövqeyin dərc etməyə hazırıq.
Geri qayıt