Qubanın icra başçısı dəyişdi - Prezident sərəncam verdi

Qubanın icra başçısı dəyişdi - Prezident sərəncam verdi Ziyəddin İsmayıl oğlu Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

xalqxeber.az-ın məlumatına görə, prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Ölkə başçısının digər sərəncamı ilə Yaşar Qəhrəman oğlu Məmmədov Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, Z.Əliyev əvvələr “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətində işləyib. Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.
Geri qayıt