Ağdamlı bankir: “100 min manat rüşvət vermişəm”

Ağdamlı bankir: “100 min manat rüşvət vermişəm” 2014-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ağdam rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşdı.
Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan xəbərə görə, istintaq zamanı Ağdam rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Elman Əliyevin mərkəzin əməkdaşları ilə cinayət əlaqəsinə girərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə dövlət büdcəsindən vətəndaşlara ayrılmış ünvanlı sosial yardımın 115 min manat məbləğində vəsaitini israf etmə yolu ilə talamasında şübhələr üçün əsaslar olduğundan ona və mərkəzin əməkdaşları Bəxtiyar Məmmədov, İradə İsmayılova, Sərdar Rüstəmov, Elşad Əhmədov və Şəhriyar Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı), mərkəzin digər əməkdaşları Teymur Quliyev və Natiq Vəlizadəyə isə həmin məcəllənin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4 və 313-cü maddələrində nəzərdə tutulan ittiham elan edilib.
İstintaq dövründə dəymiş ziyanın qismən ödətdirilməsi təmin olundu.İstintaq yekunlaşdı, məhkəməyə göndərildi, cinayətkarlar cəzasını aldı. Yalnız bir nəfərdən başqa- “Kapital Bank”ın Ağdam filialının direktoru Mehdiyev Şəhriyar Baxşeyiş oğlu.
Məsələ ondadır ki, cinayətkarlar vətəndaşlara məxsus kartlardan pulu Şəhriyar Mehdiyev olmadan çıxara bilməzdilər. Realmedia.az-a rayondakı mənbə bildirib ki, Elman Əliyevlə Şəhriyar Mehdiyevin dostluğu və ortaq “biznes”ləri haqda hamı bilirdi. Hətta işin istintaqını aparan orqanlar da. Ancaq bankir məsuliyətdən yaxa qurtara bildi.
Ondan soruşan olmadı ki, vətəndaşlara məxsus kartlareı nəyin qarşılığında ƏSMM işçilərinə vermişdin.
Düzdür, Şəhriyar Mehdiyev nəyin qarşılığında azadlıqda qalmasını orda-burda söyləyib. Dediyinə görə 100 min rüşvət verib. Kimə verdiyini də yazacağıq. Hər halda istintaq orqanları bu işə diqqət etsələr,məsələ ilə bağlı fikir bildirsələr yaxşı olar.
Geri qayıt