Bu rayonda su kəsiləcək
Bakı şəhəri Nizami rayonunda su ilə bağlı fasilələr olacaq.“Azərsu”dan daxil olan məlumata görə, ərazidə inşa edilmiş kəmərin mövcud su təchizatı sistemlərinə qoşulması ilə əlaqədar noyabrın 30-da gün ərzində Bakı şəhəri Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
